HƏMAS liderinə həbsxanada silahlı hücum oldu
Dünya
HƏMAS hərəkatının hərbi qanadı hesab olunan İzzəddin əl-Qəssam Briqadalarının liderlərindən biri Abdullah əl-Bərqutinin saxlanıldığı İsrailin Gilboa həbsxanasında keçirilən əməliyyat zamanı yaralandığı bildirilir.
News24.az xəbər verir ki, bu barədə fələstinli Məhbusların Media Ofisinin yaydığı yazılı açıqlamada qeyd olunub.
Bildirilib ki, əl-Bərquti basqından sonra görüş otağına olduqca yorğun vəziyyətdə gətirilib. Məlumata görə, onun sol gözündə açıq-aşkar zədə izi müşahidə olunub. Həmçinin, basqınla eyni vaxtda görüşə çıxarılarkən başını qapıya vurduğu və paltarında qan ləkələri olduğu iddia edilib.
Açıqlamada əl-Bərqutinin səhhətinin ciddi şəkildə pisləşdiyi də vurğulanıb. Qeyd olunub ki, onun çəkisi 110 kiloqramdan 60 kiloqrama düşüb. Bu vəziyyətin laqeyd münasibət və qidalanma pozuntusu ilə əlaqəli olduğu, nəticədə ciddi sağlamlıq problemləri yarandığı bildirilib.