Həmzət Çimayevin ölüm xəbəri yayıldı

Həmzət Çimayevin ölüm xəbəri yayıldı Dünya

Xəbər verdiyimiz kimi, Ramzan Kadırovun kiçik oğlu Adam Kadırov ağır qəza keçirib. Hadisə zamanı onunla yanaşı avtomobildə daha bir neçə nəfər olub və çox sayda yaralı var.

News24.az xəbər verir ki, iddialara görə, UFC-nin hazırkı orta çəki üzrə çempionu, 31 yaşlı Həmzət Çimayev də avtomobildə olub və hadisə zamanı həyatını itirib.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.

Xatırladaq ki, məlumata görə, Kadırovun oğlunun korteji yüksək sürətlə hərəkət edib. Yolda gözlənilməz maneə səbəbindən 5 avtomobil bir-birinə çırpılıb.