Hər gün çay içənlərə xəbərdarlıq

Hər gün çay içənlərə xəbərdarlıq Dünya

Gün ərzində tövsiyə olunan qara və ya yaşıl çay qəbulu 2-4 stəkandır.

News24.az "SberZdorovye" tibb şirkətinin qastroenteroloqu Daria Bogomolova bildirib. O qeyd edib ki, bu içki ürək-damar xəstəlikləri və xərçəng də daxil olmaqla müxtəlif xəstəliklərdən ölüm riskini azaltmağa kömək edir.

Çayın tərkibindəki təbii birləşmələr - polifenollar açıq antioksidan xüsusiyyətlərə malikdir. Onların təsiri orqanizmi, hüceyrələri xroniki xəstəliklərdən qorumaq üçün uğurlu vasitələrdən biri hesab olunur.

Bundan əlavə, bu maddələr ateroskleroz və ürək-damar xəstəlikləri riski yaradan xolesterolun oksidləşməsini azaltdır. Həmçinin polifenollar xərçəng hüceyrələrinə təsir edərək şiş əleyhinə aktivlik göstərə bilər.

Amma buna baxmayaraq, onun normadan artıq qəbulu bəzi fəsadlar da yarada bilər: "Həddindən artıq çay istehlakının sağlamlığa bəzi zərərləri də var. Bu içkinin həddindən artıq qəbul etmək bədəndə flüorozun (diş minasına və ya sümüklərə, uzun müddət ftor (flüor) daxil olması nəticəsində yaranan xəstəlik) inkişafına səbəb ola bilir. Xüsusən də suda flüorid səviyyəsinin yüksək olduğu bölgələrdə bu, dişlərə və sümük toxumasına daha çox zərər verə bilir. Çayın tərkibində həmçinin kofein var ki, bu da hər fincanda orta hesabla 30-50 milliqramdır. Təxminən 6-8 fincan çaya bərabər olan 400 mq-dan çox kofein qəbul etmək qan təzyiqinin, ürək döyüntüsünün artmasına, narahatlığa, yuxusuzluğa və həyəcana səbəb ola bilər.