Hər kəs bundan danışır - Kralın saçınının hərrac qiyməti açıqlandı
Dünya
Britaniya Kralı III Çarlza aid bir tutumluq saç hərraca çıxarılıb.
News24.az xəbər verir ki, saç 1960-cı illərdə Çarlz hələ şahzadə olarkən kəsilib və onun qiyməti təxminən 8 min funt sterlinq müəyyən edilib.
Saç uzun illər kral ailəsinin bərbəri Corc Krispinin şəxsi kolleksiyasında saxlanılıb. Kolleksiyaçılar nümunəni çox nadir tapıntı kimi qiymətləndirirlər.

Satışa çıxarılan paketdə saçla yanaşı, bərbərin istifadə etdiyi orijinal qayçı və daraq, həmçinin gənc Çarlzın imzaladığı Yeni il kartı da yer alır.