Hərbi aviasiyada YENİ MƏRHƏLƏ: Güclərini birləşdirdilər
Dünya
İngiltərə, İtaliya və Yaponiya arasında həyata keçirilən Qlobal Döyüş Hava Proqramı (GCAP) çərçivəsində tarixi addım atılıb.
News24.az xəbər verir ki, layihənin 686 milyon funt sterlinq dəyərində ilk beynəlxalq müqaviləsi imzalanıb.
Müqavilə GCAP Agentliyi ilə layihənin əsas icraçısı olan "Edgewing" şirkəti arasında bağlanıb. Bu sənəd üç ölkənin indiyədək ayrı-ayrılıqda həyata keçirdiyi dizayn və mühəndislik fəaliyyətlərini ilk dəfə vahid beynəlxalq struktur altında birləşdirir.
Layihə çərçivəsində yaradılacaq yeni nəsil qırıcı təyyarənin 2035-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır. Bu təşəbbüs təkcə üç ölkənin müdafiə qabiliyyətini artırmaq deyil, həm də qlobal hərbi aviasiyada yeni texnoloji standartlar müəyyən etmək məqsədi daşıyır.
"Edgewing" şirkəti proqramın dizayn mərkəzi kimi çıxış edərək qırıcının hazırlanmasına rəhbərlik edəcək. Layihədə dünya nəhəngləri olan BAE Systems (İngiltərə), Leonardo (İtaliya) və Japan Aircraft Industrial Enhancement Co. Ltd. (Yaponiya) tərəfdaş kimi iştirak edirlər.