Hərbi təyyarə mülki insanları vurdu: Çox sayda ölü var

Hərbi təyyarə mülki insanları vurdu: Çox sayda ölü var Dünya


Nigeriyanın Sokoto əyalətinin Surame bölgəsində silahlı qruplara qarşı əməliyyat zamanı orduya məxsus hərbi təyyarə təsadüfən iki kənddə mülki vətəndaşları güllələyib.

News24.az Söz.az-a istinadən xəbər verir ki, bu barədə əyalət qubernatoru Əhməd Aliyu məlumat verib. 

“Hərbi təyyarələr əyalətdə silahlı qrupları zərərsizləşdirmək üçün vəzifələrini yerinə yetirirdi. Onlar təsadüfən günahsız insanları bombaladılar”, - deyə o bildirib. 

Qeyd edək ki, silahlı təşkilatlar səbəbiylə zorakılıq hadisələrinin yaşandığı Nigeriyada ordu keçən ay Niger və Malidən ölkənin şimal-qərbinə sızan yeni silahlı qrupla bağlı xəbərdarlıq edib.