Həyat yoldaşı sosial mediada Messiyə məktub yazdı

Həyat yoldaşı sosial mediada Messiyə məktub yazdı Dünya

Argentina millisinin hücumçusu Lionel Messinin həyat yoldaşı Antonella Rokusso 39 yaşlı futbolçunun milli komandada çıxışını başa çatdırmaq qərarına sosial şəbəkələrdə münasibət bildirib.

News24.az xəbər verir ki, o, bu barədə sosial mediada yazıb.

"Bu mərhələni məhz belə başa vurduğun üçün səninlə necə fəxr etdiyimi sözlə ifadə edə bilmirəm. Bu illər ərzində çoxlu hadisələr, çoxlu xoşbəxt anlar və çoxlu məyusluqlar yaşandı. Uşaqlarımız bütün bunları yaxından izləyərək böyüdülər. Onlar atalarının istədiyi şey uğrunda necə mübarizə apardığını, təslim olmadığını və sona qədər inanmağa davam etdiyini gördülər. Daha sonra isə sənin hər şeyə nail olduğunu və dünya kubokunu qaldırdığını görmək üçün yanında ola bildilər", deyə Rokusso yazıb.

Qeyd edək ki, avqustun 31-də Messi Argentina millisində karyerasını başa çatdırdığını rəsmən açıqlayıb. Futbolçu 2005-ci ilin avqustundan milli komandada çıxış edib və bu müddət ərzində 207 oyunda 125 qol vuraraq Argentina millisinin tarixində ən məhsuldar futbolçu olub. (Qaynarinfo)