“Hizbullah”a qadağa qoyuldu

“Hizbullah”a qadağa qoyuldu Dünya

Livan hökuməti Hizbullahın ölkə ərazisində hərbi fəaliyyət göstərməsini və döyüş əməliyyatları aparmasını qadağan edib.

News24.az xəbər verir ki, bu barədə Livanın Baş naziri Nəvaf Salam açıqlama verib.

Qruplaşmadan silahları təhvil verməsi tələb olunub.

Salam bildirib ki, Beyrut öz ərazisindən həyata keçirilən istənilən hərbi fəaliyyətə qəti şəkildə qarşıdır.

“Biz “Hizbullah”a hərbi fəaliyyət göstərməyi qadağan edir və onun rolunu siyasi sahə ilə məhdudlaşdırırıq. Hərbi qurumlardan bu qərarın icrasını təmin etmələrini tələb edirik”, – deyə baş nazir vurğulayıb. /Al Arabiya