Honkonqda ölənlərin sayı artdı - Foto - Yeniləndi
Dünya
Honkonqun Tay Po rayonunda yerləşən yaşayış kompleksində baş verən yanğında ölənlərin sayı artıb.
News24.az "Reuters"ə istinadla xəbər verir ki, son açıqlamaya görə, ölü sayı 83 nəfərə yüksəlib.
Yanğının artıq söndürüldüyü bildirilir.
Qeyd edək ki, bu, Honkonqda son 80 ilin ən dəhşətli yanğını hesab edilir.
**
Honkonqun Tay Po rayonunda yerləşən yaşayış kompleksində baş verən yanğında ölənlərin sayı artıb.
News24.az "Sinhua" agentliyinə istinadla xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə departamenti məlumat yayıb.
Son açıqlamalara görə, yanğın qurbanlarının sayı 75 nəfərə yüksəlib.
**
HonKonqun Tay Po rayonunda yerləşən yaşayış kompleksində yanğın baş verib.
News24.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, yanğında 55 nəfər həlak olub. Yanğına təhlükənin dördüncü dərəcəsi verilib. Hündür binalarda insanlar bloklanmış vəziyyətdə qalıb.
Yaxınlıqdakı evlərin sakinləri təxliyə olunub.
“South China Morning Post” qəzetinin yazdığına görə, yanğın yaşayış kompleksinin yenidənqurma planı çərçivəsində binaların ətrafında qurulmuş bambuk konstruksiyalarından başlayaraq yayılıb.
****
11:40
HonKonqda baş vermiş yanğın nəticəsində ölənlərin sayı artıb.
News24.az xarici KİV-ə istinadla xəbər verir ki, yanğında ölənlərin sayı 65-ə çatıb.