Hörmüz boğazı yenidən bağlandı

Hörmüz boğazı yenidən bağlandı Dünya

İran Silahlı Qüvvələri ABŞ-nin blokadası səbəbindən Hörmüz boğazını bağlayıb.

News24.az xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio qurumunda çıxışı zamanı “Xatəm əl-Ənbiya” mərkəzi komandanlıq qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfaqari bildirib.

O qeyd edib ki, ABŞ blokada adı altında piratçılıq fəaliyyətini davam etdirir. Bu səbəbdən Hörmüz boğazı üzərində nəzarət bərpa olunub və bu strateji keçid hazırda silahlı qüvvələrin idarəsi və güclü nəzarəti altındadır.

Bildirilib ki, Hörmüz boğazı ABŞ İran gəmilərinin keçidinə tətbiq etdiyi blokadanı tam dayandırana qədər Tehranın nəzarəti altında qalacaq.