Hörmüz boğazında daha bir gəmi vuruldu - Yanğın başladı

Hörmüz boğazında daha bir gəmi vuruldu - Yanğın başladı Dünya

Ticarət gəmisi Hörmüz boğazından keçərkən zərbəyə məruz qalıb və yanıb.

News24.az xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi dəniz təhlükəsizliyi şirkəti “Ambre”yə istinadən məlumat yayıb.

Hadisə boğazın cənub marşrutu üzrə, Omanın Xəsəb şəhərinin şimalında baş verib.

“Ambrey”-in məlumatına görə, gəmidə partlayış baş verib və bundan sonra yanğın başlayıb.

Ekipajın vəziyyəti və yükün xarakteri ilə bağlı təfərrüatlar hələ açıqlanmayıb.