Hoteldəki atışmadan sonra Trampın şam yeməyi hara göndərilib?

Hoteldəki atışmadan sonra Trampın şam yeməyi hara göndərilib? Dünya

ABŞ prezidenti Donald Tramp üçün planlaşdırılan, lakin baş tutmayan şam yeməyindən qalan yeməklər zorakılıqdan zərər çəkmiş qadın və uşaqlar üçün sığınacaqlara verilib.

News24.az xəbər verir ki, bu barədə “CBS News” telekanalının jurnalisti Veycia Çjan “X” hesabında məlumat yayıb.

Onun sözlərinə görə, “Hilton” hoteli şam yeməyi atışma səbəbindən ləğv edildikdən sonra 2,6 min porsiya steyk və lobsteri həmin sığınacaqlara göndərib.

“Yeməklərin saxlanma müddətini uzatmaq üçün steyk və lobsterlər dondurularaq qurudulub, daha sonra isə zorakılıqdan zərər çəkmiş qadın və uşaqlar üçün iki sığınacağa təhvil verilib”, - deyə Veycia Çjan bildirib.