“Hörümçək Adam” daha bir rekorda imza atdı
Dünya
“Hörümçək Adam: Yeni Bir Gün” filmi nümayişinin üçüncü həftəsində qlobal kino tarixində böyük uğura imza atıb.
News24.az xəbər verir ki, Tom Holandın baş rolda yer aldığı film dünya üzrə kassada 2 milyard dollardan çox gəlir əldə edərək bu həddi keçən cəmi səkkizinci film olub.
Film nümayişə çıxdıqdan cəmi 6 gün sonra 1 milyard dollarlıq gəlir həddini keçib. Bununla da 2 milyard dollarlıq göstəriciyə ən sürətli çatan filmlərdən birinə çevrilib.
Bu rekorda görə film yalnız “Qisasçılar: Son Oyun”dan geri qalır. Sözügedən film 2 milyard dollarlıq həddi cəmi 11 günə keçərək bu sahədə rekord müəyyənləşdirmişdi.