"Hürjet" təyyarəsi F-35-dən üstün olacaq

"Hürjet" təyyarəsi F-35-dən üstün olacaq Dünya
Türkiyənin hazırladığı yüngül hücum təyyarəsi "Hürjet" xüsusiyyətlər baxımından ABŞ-ın beşinci nəsil F-35 qırıcısından üstün olacaq.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayesi nazirinin müavini Sərdar Dəmir deyib.

"İlk təyyarəmiz - yüngül hücum təyyarəsi "Hürjet" gələn il ilk uçuşunu edəcək. Bizim qırıcımız F-35-dən daha təkmil xüsusiyyətlərə malikdir.

Gələn il martın 18-də təyyarəni anqardan çıxaracağımıza ümid edirik", - deyə nazir müavini bildirib. /Trend.az/