İbrahim Rəisi seçkini uddu
Dünya
İran prezidenti İbrahim Rəisi ölkənin Ali dini liderini seçən Ekspertlər Şurasına seçkilərdə qalib gəlib.
News24.az xəbər verir ki, o, namizədliyini Cənubi Xorasan vilayətindən irəli sürmüşdü.
Rəisi seçicilərin 87%-nin səsini qazanaraq yeganə rəqibinə qalib gəlib.
Eyni zamanda, 6-cı çağırış Ekspertlər Şurasına seçkilərdə bir sıra tanınmış din xadimləri, o cümlədən İranın məhkəmə hakimiyyətinə rəhbərlik etmiş Sadeq Laricani düşə bilməyib.