İçkiyə görə 86 yaşlı nənəsini döyüb sırğalarını oğurladı

İçkiyə görə 86 yaşlı nənəsini döyüb sırğalarını oğurladı Dünya

Rusiyanın Saratov vilayətində 86 yaşlı nənəsini qarət etməkdə şübhəli bilinən 30 yaşlı yerli sakin saxlanılıb.

News24.az xəbər verir ki, nəvə nənəsinin evinə gələrək qızıl zinət əşyalarının saxlandığı yeri göstərməsini tələb edib və onun əllərinə zərbələr endirməyə başlayıb.

Qorxuya düşən qadın nəvəsinə 30 min rubl dəyərində qızıl sırğalarını verib.

Bundan sonra həmin şəxs mənzili tərk edib.

Məlumata görə, şübhəli şəxs əvvəllər dəfələrlə soyğunçuluq və oğurluq əməllərinə görə məhkum olunub.

O, spirtli içki qəbul etmək istədiyini, lakin pulu olmadığı üçün zinət əşyalarını nənəsindən almaq qərarına gəldiyini etiraf edib.

Kişi sırğaları lombarda təhvil verib, əldə etdiyi pulu isə spirtli içkiyə xərcləyib.

Baş verən hadisə ilə bağlı soyğunçuluq maddəsi üzrə cinayət işi başlanıb. Şübhəli şəxs saxlanılıb, istintaq aparılır.