Bu məkanlarda videoçəkən eynəklərdən istifadə qadağan edilir

Bu məkanlarda videoçəkən eynəklərdən istifadə qadağan edilir Dünya

Norveç hökuməti ictimai yerlərin bir sıra kateqoriyalarında süni intellektlə (Sİ) təchiz edilmiş eynəklərdən istifadəyə müvəqqəti qadağa tətbiq edir.

News24.az xəbər verir ki, bu barədə NRK məlumat yayıb.

Rəqəmsallaşma və administrasiya naziri Torqeyr Mikaelsen bildirib ki, yeni və güclü texnologiyaların insanların xəbəri olmadan onların fotoşəkillərinin çəkilməsi, videoya və ya səs yazısına alınması ilə bağlı risklər yaratmasından narahatdır. Buna görə də sözügedən eynəklərinin bəzi yerlərdə taxılmasına müvəqqəti qadağa qoyulacaq.

Hökumət eynəklərinin daimi və ölkə üzrə tənzimlənməsi ilə bağlı təkliflər hazırlamaq üçün ekspert qrupu yaradacaq.

Məlumata görə, qadağa parklar, çimərliklər, muzeylər, ticarət mərkəzləri, uşaq müəssisələri, sağlamlıq-reabilitasiya müəssisələri, həmçinin soyunub-geyinmə otaqları və duşları olan tədris mərkəzlərinə şamil olunacaq.