İki ölkə Ukrayna ilə bağlı razılığa gəldi

İki ölkə Ukrayna ilə bağlı razılığa gəldi Dünya

İsveç və Danimarka Ukrayna üçün “Tridon” tipli zenit komplekslərinin alınmasına dair razılığa gəlib. Yardım paketinin ümumi dəyəri təxminən 290 milyon dollar təşkil edir.

News24.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, bu paket çərçivəsində Ukraynaya 15–20 ədəd zenit qurğusunun təhvil verilməsi planlaşdırılır.

Məlumata əsasən, “Tridon Mk2” özüyeriyən və məsafədən idarə olunan 40 mm-lik zenit-artilleriya qurğusudur. Sistem Böyük Britaniyanın “BAE Systems” şirkəti tərəfindən yaxınmənzilli hava hücumundan müdafiə üçün hazırlanıb.

“Tridon Mk2” əsasən bahalı raket sistemləri ilə mövcud imkanlar arasında yaranan boşluğu doldurmaq məqsədi daşıyır. Sistem dronlara, qanadlı raketlərə, təyyarələrə və zirehli texnikaya qarşı sürətli və iqtisadi baxımdan səmərəli müdafiə həlli kimi təqdim olunur.