İki təyyarə toqquşdu

İki təyyarə toqquşdu Dünya

Los-Anceles hava limanında Kanada və ABŞ aviaşirkətlərinə məxsus iki təyyarə toqquşub.

News24.az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.

Hadisə təyyarələrin uçuş-enmə zolağında hərəkəti zamanı baş verib.

“Delta Air Lines” şirkətinə məxsus təyyarə uçuşdan əvvəl manevr edərkən onun sol qanadının ucu “Air Canada” təyyarəsinə toxunub.

Məlumata görə, insident yerli vaxtla təxminən saat 10:30-da baş verib.

Qurum hadisə ilə bağlı araşdırma aparır və toqquşmanın səbəblərini müəyyənləşdirir.