İkimərtəbəli ev çökdü - 2 ÖLÜ, 8 YARALI

İkimərtəbəli ev çökdü - 2 ÖLÜ, 8 YARALI Dünya

Türkiyədə ikimərtəbəli ev çöküb.

News24.az “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə Şanlıurfa şəhərinin Bozova rayonunda baş verib.

Hadisə nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Məlumata görə, ev 2023-cü ilin fevralında baş vermiş güclü zəlzələ nəticəsində zədələnib.

Hadisə ilə bağlı araşdırma başladılıb.