Şimali Koreya sərhədi pozuldu: Kəşfiyyat agentliyinə basqın edildi

Şimali Koreya sərhədi pozuldu: Kəşfiyyat agentliyinə basqın edildi Dünya

Cənubi Koreyada Şimali Koreyanın hava məkanını pozduğu iddia edilən pilotsuz uçuş aparatları ilə bağlı araşdırmalar aparılır.

News24.az xəbər verir ki, təhlükəsizlik qüvvələri ölkənin kəşfiyyat agentliyinə basqın edərək, dron insidenti ilə hökumət strukturları arasında mümkün əlaqələri araşdırmağa başlayıb.

Qeyd edək ki, yanvar ayında Pxenyan Kesonq yaxınlığındakı sənaye mərkəzində bir müşahidə dronunu vurduğunu açıqlamış və Seulu “vacib hədəflər” barədə kəşfiyyat məlumatı toplamaq məqsədilə pilotsuz təyyarə göndərməkdə ittiham etmişdi.

Cənubi Koreya hökuməti əvvəlcə bu iddiaları rədd etmiş və rəsmi qurumların hadisə ilə əlaqəsinin olmadığını bildirmişdi. Prezident Li Ce Myunq isə daha əvvəl belə bir addımın “Şimala atəş açmağa bərabər” olacağını vurğulamışdı.