Çin 100 dronla eyni anda hücuma hazırlaşır – Hər şey bir operatorun əlində
Dünya
Çin yeni nəsil pilotsuz uçuş texnologiyalarını sınaqdan keçirməyə başlayıb.
News24.az xəbər verir ki, “Atlas” adlı kompleks eyni anda təxminən 100 dronu idarə etmək imkanına malikdir və bütün sistem cəmi bir operator tərəfindən nəzarətdə saxlanılır.
Bildirilir ki, kompleks iki ədəd SWARM II buraxılış qurğusundan ibarətdir. Hər bir qurğu 48 ATLUSS-A140 tipli dronu havaya qaldıra bilir. Bu dronlar 3–4 kiloqramlıq döyüş başlığına malikdir və 100 kilometrə qədər məsafədə fəaliyyət göstərə bilir.
Məlumata görə, buraxılan aparatların bir hissəsi kəşfiyyat funksiyasını yerinə yetirir, digərləri isə zərbə endirmək üçün istifadə olunur. Bütün proses vahid operator tərəfindən koordinasiya edilir və hədəflər operativ şəkildə təyin olunur.
Sistemin əsas üstünlüyü “sürü” prinsipi ilə işləməsidir. Bu yanaşma düşmənin hava hücumundan müdafiə sistemlərini yükləməklə eyni vaxtda bir neçə hədəfin məhv edilməsinə imkan yaradır. (musavat.com)