Çin yenə dünyanı təəccübləndirdi: “Yaogan” peyki orbitdə
Dünya
Çin məsafədən zondlama imkanlarına malik “Yaogan-50 01” optik Yer müşahidə peykini kosmosa göndərib.
News24.az xəbər verir ki, “Xinhua” agentliyinin məlumatına görə, peyk Şaansi əyalətində yerləşən Tayyuan Peyk Buraxılış Mərkəzindən “Uzun Yürüş-6” daşıyıcı raketi vasitəsilə orbitə çıxarılıb.
Məlumata görə, bu buraxılış “Long March” raketləri ilə cari ilin ilk, ümumilikdə isə 624-cü missiyası olub. Bildirilib ki, peyk milli kadastr və torpaq ehtiyatlarının monitorinqi, eləcə də fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə istifadə olunacaq.