İndoneziyada yenidən zəlzələ oldu
Dünya
İndoneziya sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Sulavesi adasında yerləşən və təxminən 282 min nəfərin yaşadığı Palu şəhərindən 128 kilometr şimalda olub. Yeraltı təkanların ocağı 35 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində ölən və xəsarət alanlar, eləcə də dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Xatırladaq ki, avqustun 15-də səhər saatlarında da İndoneziyada güclü zəlzələ olub. Hadisə zamanı 47 nəfər həyatını itirib.