İngiltərə mətbuatından Türkiyəyə - SƏRT REAKSİYALAR

İngiltərə mətbuatından Türkiyəyə - SƏRT REAKSİYALAR Dünya

İngiltərə mətbuatı Türkiyədə it qırğını olduğunu iddia edərək vətəndaşlarına müraciət edib. 

News24.az xəbər verir ki, onlardan Türkiyəyə tətilə getməmələrini və boykot etmələrini istəyib. 

Mirror, Daily Mail, The Sun və Exspress qəzetləri bu sözləri manşetlərinə yerləşdirib: 

“İt və pişikləri sevirsinizsə, lütfən Türkiyəni boykot edin. Rezervasiya etməzdən əvvəl düşünün."

Turizm yazarı Annabel Fenwick Elliott "Pulunuzu Türkiyəyə deyil, başqa yerə xərcləyin" deyərkən, Mirror yazıçısı Nada Farhoud Türkiyədəki tənzimləmə ilə bağlı yazısında "İyrənc dərəcədə zalım. Müasir tarixin ən böyük küçə iti qırğını", - deyib.

TBMM Kənd Təsərrüfatı, Meşəçilik və Kənd Məsələləri Komissiyasının sədri Prof. Dr. Vahit Kirişçi İngiltərə mediasının başlatdığı əməliyyatla bağlı "Turistlərin gəlməsinin qarşısını almaq və ya onlara dezinformasiya vermək cəhdi daxildən gələn bir səyin təzahürüdür. Bu, bir qavrayış əməliyyatıdır", - deyib.

Məryəm İlhamqızı