"Intel" Rusiyadakı işlərini dayandırır

"Intel" Rusiyadakı işlərini dayandırır Dünya
Dünyanın texnologiya lideri "Intel" Ukraynaya qarşı hərbi təcavüz səbəbilə Rusiyada fəaliyyətini dayandırıb.

News24.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Rəqəmsal Transformasiya Nazirliyinin rəhbəri Mixail Fedorov "Telegram"-da açıqlama edib.

O bildirib ki, "Intel"in şirkəti yaydığı rəsmi məlumatda Rusiyanın Ukraynaya təcavüzünü pisləyib: "Həm Rusiya, həm də Belarusdakı müştərilərimizə  bütün çatdırılmaları dayandırırıq. Fikirlərimiz bu müharibədən zərər çəkənlərin hamısı ilədir".