İnternat məktəbində işıqları kəsdilər: - Görün nəyə əl atdılar

İnternat məktəbində işıqları kəsdilər: - Görün nəyə əl atdılar Dünya

Dnestryanıda enerji böhranı səbəbindən istiliyə qənaət etmək üçün dolayı vasitələrdən istifadə edirlir.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, Tiraspoldakı internat məktəbində uşaqlar üçün yemək olan qablar donmasın deyə, onların üstünə xəz paltarları örtürlər. 

“Rossiya 1” telekanalının efirində internat məktəbində aşpaz işləyən Natalya ilk dəfədir ki, belə şəraitdə işləməli olduğunu etiraf edib.

Bundan əvvəl Dnestryanı hakimiyyət orqanları əhalini enerji böhranı ilə əlaqədar əvvəlcədən odun ehtiyatı yaratmağa çağırmışdı.

Vəziyyətin nə vaxt düzələcəyi isə məlum deyil.

Ağa Dadaşzadə