"iPhone" ailə faciəsinə səbəb oldu - Ata, ana və oğul öldü
Dünya
Hindistanda 18 yaşlı Kunal Çandvade Maharaştra ştatının Tisqaon kəndi yaxınlığındakı Xavdya Donqar qayalığından yıxılaraq ölüb.
News24.az xəbər verir ki, ilkin məlumata görə, gənc valideynlərinin ona “iPhone” almaqdan imtina etməsinə məyus olub.
Faciə 21 avqustda baş verib. Kunal səhər saat 10 radələrində qayalığa gəlib. Təxminən üç saat ərzində valideynləri, yerli sakinlər, polis və yanğınsöndürənlər onu təhlükəsiz yerə qayıtmağa razı salmağa çalışıblar.
Son dəqiqələrdə atası oğluna yaxınlaşaraq onu fikrindən yayındırmaq istəyib.
Həmin an Kunat qayalıqdan yıxılıb. Atası onu xilas etməyə çalışarkən o da uçurumdan aşağı düşüb. Ata və oğul aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Hadisənin şahidi olan ana da özünü qayalıqdan aşağı atıb.
Hər üçü bir neçə dəqiqəlik fərqlə həyatını itirib.
Polis hadisənin dəqiq səbəblərini araşdırır. Həlak olanların meyitləri məhkəmə-tibbi ekspertizaya göndərilib, şahidlər dindirilir.