İran 292 məhbusu bu ölkəyə təhvil verdi

İran 292 məhbusu bu ölkəyə təhvil verdi Dünya

İran 292 əfqan əsilli məhbusu Əfqanıstana təhvil verib.

News24.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi İran Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Əfqan məhbuslar Doğarun–İslam Qala sərhəd-keçid məntəqəsi vasitəsilə “Taliban” hərəkatının nümayəndələrinə təhvil verilib.

Nazirlik əlavə edib ki, əfqan məhbusların törətdiyi cinayətlər əsasən narkotiklərlə bağlıdır və bu məhbusların təhvil verilməsi iki ölkə arasında imzalanmış ikitərəfli razılaşmalara uyğun olaraq davam edəcək.