İran ABŞ hərbçilərini öldürənlərə mükafat verəcək

İran ABŞ hərbçilərini öldürənlərə mükafat verəcək Dünya

İran Ordusunun baş komandanı Əmir Hatəmi amerikalı əsgəri əsir götürən və ya öldürən hər bir iranlıya 30 min dollar mükafat veriləcəyini açıqlayıb.

News24.az xəbər verir ki, Hatəmi bu barədə Jurnalistlər Günü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı danışıb.

O bildirib ki, bir iranlı amerikalı əsgəri əsir götürərsə və ya öldürərsə, İran xalqı tərəfindən ona 30 min dollar mükafat alacaq.

İran rəsmiləri bundan əvvəl də ABŞ prezidenti Donald Trampa qarşı oxşar mükafat çağırışları səsləndiriblər.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi Trampın öldürülməsi üçün 50 milyon avro mükafat nəzərdə tutan planın hazırlandığını açıqlamışdı.