İran BƏƏ-də telekommunikasiya binasını vurdu

İran BƏƏ-də telekommunikasiya binasını vurdu Dünya

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mühüm strateji obyektlərindən biri İranın pilotsuz uçuş aparatının (PUA) hədəfinə çevrilib.

News24.az xəbər verir ki, zərbə BƏƏ-nin tanınmış “Emirates Integrated Telecommunications Company” şirkətinin Əl-Fuceyra əmirliyində yerləşən binasına endirilib.

Məlumata görə, hakimiyyət orqanları hadisənin nəticələrinin aradan qaldırılması ilə məşğuldur.

Xəsarət alanlar barədə məlumat verilməyib. /WAM