İran Bəhreyni hədələdi: Hörmüz sizin üçün bağlanacaq!

İran Bəhreyni hədələdi: Hörmüz sizin üçün bağlanacaq! Dünya

Əgər Bəhreyn ABŞ-nin qərarlarını dəstəkləsə, Hörmüz boğazı onlar üçün də bağlanacaq.

News24.az xəbər verir ki, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici İşlər Komissiyasının rəhbəri İbrahim Əzizi bildirib.

Bəhreyndə SEPAH-la əlaqədar 41 nəfərin saxlanılmasına münasibət bildirən İ.Əzizi Manama administrasiyasını ittiham edib.

"Bəhreyn kimi mikrodövlətlər də daxil olmaqla hökumətlər ABŞ-nin qərarlarını dəstəkləsələr, ciddi nəticələrlə üzləşəcəklər. Hörmüz boğazı həyati əhəmiyyət kəsb edir. Onu özünüzə əbədi olaraq bağlı etməyin". (Bakupost.az)