İran dini lideri ərəb ölkələrinə çağırış etdi

İran dini lideri ərəb ölkələrinə çağırış etdi Dünya

İranın dini rəhbəri Əli Xamənei ərəb ölkələrini İsraillə siyasi və iqtisadi əlaqələri kəsməyə çağırıb.

News24.az xəbər verir ki, bu barədə “Press TV” telekanalı məlmat yayıb.

“Müsəlman ölkələri sionist rejimlə siyasi və iqtisadi əlaqələrini kəsməli və bu rejimə kömək etməməlidir”, - Xamenei bildirib.

O müsəlman rəsmilərini İsrailin Qəzza zolağına qarşı hərbi əməliyyatı ilə bağlı yanlış bəyanatlar verməsini tənqid edərək, atəşkəs kimi onların nəzarətindən kənarda qalan məsələləri gündəmə gətirdiklərini deyib.

Mehriban Mirzəzadə