Dubayda vurulan PUA-nın qalıqları avtomobilin üzərinə düşdü, sürücü öldü – Yeniləndi

Dubayda vurulan PUA-nın qalıqları avtomobilin üzərinə düşdü, sürücü öldü – Yeniləndi Dünya

Dubayda hava hücumundan müdafiə sistemi tərəfindən vurulan pilotsuz uçuş aparatının qalıqlarının avtomobilə düşməsi nəticəsində bir nəfər ölüb.

News24.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirlikləri hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə Dubayın Əl-Barşa rayonunda baş verib.

PUA-nın qalıqları avtomobilin üzərinə düşüb və nəticədə avtomobildə olan kişi həyatını itirib.

Qeyd olunur ki, hadisə regionda hava hədəflərinin ardıcıl şəkildə ələ keçirildiyi bir vaxtda baş verib. (APA)

**

Dubayda yerləşən "23 Marina" adlı göydələnə İranın kamikadze dronu çırpılıb.

News24.az xəbər verir ki, bu barədə "Daily Expess" məlumat yayıb.

Məlumata görə, 90 mərtəbəli binanın 88-ci mərtəbəsi zərər görüb.

Hazırda xilasedicilər hadisə yerində insanları təxliyə edir.

90 mərtəbəli binada ABŞ kəşfiyyatının əməkdaşlarının olduğu iddia edilir.

Hadisə ilə bağlı Dubay rəsmiləri hələlik rəsmi açıqlama verməyiblər. (APA)