İran Əbu-Dabidə alüminium zavoduna zərbələr endirdi, yaralılar var

İran Əbu-Dabidə alüminium zavoduna zərbələr endirdi, yaralılar var Dünya

Yaxın Şərqin ən böyük alüminium istehsalçılarından biri olan Emirates Global Aluminium (EGA) şirkətinin əsas əritmə zavodu İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum nəticəsində ciddi ziyan görüb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, şirkətin açıqlamasına görə, hadisə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyində yerləşən Xəlifə Sənaye Zonası (KIZAD) ərazisindəki Əl-Tavilah zavodunda baş verib. Hücum nəticəsində bir neçə işçi xəsarət alıb və hazırda dəyən ziyanın miqyası qiymətləndirilir.

Rəsmilər müəssisədə istehsalın dayandırılıb-dayandırılmadığını açıqlamayıblar. Yerli məlumatlara görə, sənaye zonasının yaxınlığında ballistik raketlərin ələ keçirilməsi nəticəsində üç yanğın baş verib və ümumilikdə altı nəfər xəsarət alıb.

Qeyd olunur ki, hadisə regionda gərginliyin artdığı bir vaxtda baş verib və bu cür hücumlar Yaxın Şərqdə enerji və metal sənayesinə əlavə risk yaradır. (Bloomberg)

Nilufər