İran Ər-Riyadı raket atəşinə tutdu

İran Ər-Riyadı raket atəşinə tutdu Dünya

İran Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadı raket atəşinə tutub.

News24.az xəbər verir ki, şəhərdə güclü partlayış qeydə alınıb.

Müdafiə Nazirliyinin açıqlamasına görə, raketlərin bir qismi hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Bundan başqa, Bəhreyndə ABŞ bazasına, Ərbilə də raket hücumu həyata keçirildiyi bildirilir.

İsrailin İranın qaz istehsalatı ilə məşğul olan zavoduna zərbə endirməsindən sonra SEPAHın Hərbi Dəniz Qüvvələri komandiri Əlirza Tanqsiri bildirib ki, artıq ABŞ ilə əlaqəli bütün neft obyektləri İranın hədəfidir.

Xatırladaq ki, daha əvvəl SEPAH Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də 4 enerji obyektlərindən təcili təxliyə barədə xəbərdarlıq dərc edib.