İran məktəblərində şagirdlər dərsə getmir - SƏBƏB
Dünya
İranın bir sıra şəhərlərində məktəblərdə təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi şagirdlərin dərsə davamiyyətini azaldıb.
News24.az-ın xəbərinə görə, valideynlər sinif otaqlarının artıq övladları üçün təhlükəsiz məkan təsiri bağışlamadığını bildirirlər.
Yanvar etirazlarından sonra son həftələrdə Məşhəd, Qorqan, Tehran və digər şəhərlərdə valideynlər və şagirdlər məktəblərin təhsil mühitindən daha çox təhlükəsizlik nəzarəti və dindirmə məkanlarına çevrildiyini vurğulayıblar.
Məşhəddən olan bir şagird məktəb rəhbərliyi və təhlükəsizlik orqanları ilə əlaqəli şəxslərin şagirdlərin telefonlarını, bəzən isə çantalarını yoxladığını bildirib.
Tehranda çalışan və adının açıqlanmasını istəməyən bir orta məktəb müəllimi deyib:
"25 nəfərlik sinifdə bəzi günlər şagirdlərin yarısından da azı dərsə gəlir. Valideynlər məktəbin təhlükəsiz olduğuna artıq inanmırlar". /İranintl