İran müdafiədən hücuma keçdi
Dünya
İran müdafiə xarakterli hərbi doktrinadan hücum xarakterli doktrinaya keçib.
News24.az xəbər verir ki, bunu İran İslam Respublikası ordusunun rəsmi nümayəndəsi Məhəmməd Əkrəminiyə bildirib.
“Bu iki müharibə zamanı ölkənin hərbi doktrinasının tədricən müdafiə xarakterindən hücum xarakterinə dəyişdiyini müşahidə etdik”, – deyə Əkrəminiyə bildirib.
O, söhbətin 2025–2026-cı illərdə ABŞ və İsrailə qarşı aparılan hərbi əməliyyatlardan getdiyini qeyd edib.
Ordu nümayəndəsinin sözlərinə görə, hücum xarakterli hərbi doktrina İslam Respublikasının rəqiblərinə qarşı qabaqlayıcı əməliyyatların keçirilməsini nəzərdə tutur.
Bundan əlavə, bu doktrina İrana qarşı istənilən təcavüz aktına dərhal və daha genişmiqyaslı cavab verilməsini tələb edir.