İran Prezidenti İraqa yola düşüb

İran Prezidenti İraqa yola düşüb Dünya

İran Prezidenti Məsud Pezeşkian İraqın paytaxtı Bağdada yola düşüb.

News24.az “Report”a istinadən xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

M.Pezeşkianın qonşu ölkəyə səfəri İraqın Baş naziri Məhəmməd Şia Əl-Sudaninin dəvəti ilə həyata keçirilir.

İranın hökumət başçısı İraqda bir sıra rəsmi görüşlər keçirəcək, həmçinin səfər çərçivəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Bu, onun prezident kimi ilk xarici səfəridir.