İran prezidenti maaşını açıqladı
Dünya
İran prezidenti Məsud Pezeşkian bildirib ki, əvvəllər səhiyyə naziri işləyərkən aylıq 6000 dollar maaş alıb.
News24.az xəbər verir ki, hazırda isə valyutanın dəyər itirməsi səbəbindən prezident kimi 1000 dollar maaş aldığını deyib.
O, açıqlamanı Gülüstan əyalətinə səfəri zamanı verib və səhiyyə sistemində “ailə həkimi” modelinin vacibliyini vurğulayıb.
Pezeşkian həmçinin seçki kampaniyası dövründə maddi dəstək aldığını və sonradan borcları geri qaytardığını bildirib.