İran prezidenti qəzəbləndi: - "İsrail daha da azğınlaşır"

İran prezidenti qəzəbləndi: - "İsrail daha da azğınlaşır" Dünya

İran prezidenti İbrahim Rəisi Suriya lideri Bəşər Əsədlə telefon danışığında deyib ki, İsrailin "təkəbbürü və həyasızlığı" bütün sərhədləri keçib.

News24.az xəbər verir ki, son günlərdə bu rejim çox ağır cinayətlər törədib.

“Bu gün bütün beynəlxalq müqavilələrə baxmayaraq, sionistlər Qəzzanı tamamilə mühasirəyə alıblar və bu bölgənin məzlum xalqını su, elektrik, dərman və yanacaqdan məhrum ediblər. İnsan haqları və ikili standartlardan istifadə ilə bağlı yalan bəyanatlar isə Qəzzanın təkəbbürünə səbəb olub", - deyə o bildirib.

Rəisi bütün İslam ölkələrini, o cümlədən ərəb ölkələrini İsrailin hərəkətlərini dayandırmaq üçün əməkdaşlığa çağırıb.

Aynurə