İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istədi
Dünya
Prezident Məsud Pezeşkian İranın qonşu ölkələrə hücum etməyəcəyini və həmin ölkələrdən İrana hücum olmasa raket atılmayacağını bəyan edib.
News24.az-ın xəbərə əsasən, Pezeşkian bu barədə qərarın Müvəqqəti Rəhbərli Şurasında qəbul edildiyini deyib.
"Dünən Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və həmin ölkələrdən İrana hücum olmasa, raket atmamaq barədə qərar qəbul edib. Gəlin bir-birimizlə olan bütün fikir ayrılıqlarını, narahatlıqları və inciklikləri bir kənara qoyaq".//Report