İran rəsmisi: “Kasıb ölkələrdə zibil yığan olmur, varlılarda olur”
Dünya
İranın Düzgün Əməllərə Çağırış və Pis İşlərdən Çəkindirmə Qərargahının katibi Məhəmmədhüseyn Taheri Akərdi son açıqlamasında ölkənin zibil yığımı ilə bağlı müzakirələrə səbəb olan fikir səsləndirib.
News24.az “Azad İran”a istinadən xəbər verir ki, o, zibil yığımının yalnız zəngin ölkələrə xas olduğunu iddia edib:
“Bəziləri deyir ki, siz bu zibil yığan insanları görməmisiniz? Qlobal standartlara görə, zibil yığımı ölkənin inkişaf göstəricisidir”.
Qərargah katibi bildirib ki, kasıb ölkələrin belə bir “zibil resursu” olmur: “Kasıb ölkənin zibilliyi yoxdur ki, kimsə gedib toplasın. Unutmayın, zibil zəngin ölkələr üçün xarakterikdir”.
O, bununla bağlı daha bir təklif də irəli sürüb: “Gedib zibil yığanlara deyin ki, sizə ayda 30 milyon tümən verəcəyik. Görün, qəbul edəcəklərmi? Bunu yoxlayın”.