İran televiziyası İsrail rəsmilərinə dair sui-qəsd siyahısı yayımladı - Foto
Dünya
İranın dövlət televiziyasına bağlı “Üfüq” telekanalı İsrailin yüksək vəzifəli rəsmilərinin yer aldığı və birbaşa təhdid kimi dəyərləndirilən siyahını efirdə yayıblayıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda İsrailin baş naziri Benyamin Netanyahu, Mossadın direktoru David Barnea, müdafiə naziri Yisrael Katz, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir və digər yüksək rütbəli hərbi rəhbərlər yer alıb.
Efir zamanı adıçəkilən şəxslərin hədəf nişanları ilə görüntüləri göstərilib.
“Ölüm vaxtınızı təyin edəcəyik, Əbabili gözləyin”, - deyə aparıcı ivrit dilində fikir səsləndirib.
Bu sözlərin İran istehsalı pilotsuz uçuş aparatına işarə etdiyi bildirilir. (The Times of Israel)