İran və ABŞ məhbusları dəyişdirmək barədə - razılığa gəliblər

İran və ABŞ məhbusları dəyişdirmək barədə - razılığa gəliblər Dünya
İranın BMT-dəki Daimi Nümayəndəliyi bəyan edib ki, rəsmi Tehran və Vaşinqton məhbus mübadiləsinə dair razılığa gəliblər.

News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

"Üçüncü ölkənin vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, ABŞ-də həbsdə olan 5 İran vətəndaşı azad ediləcək. İran nümayəndəliyi də Tehranın Evin həbsxanasından 5 ABŞ vətəndaşını azad edəcək. Vaşinqton Tehranın neft satışından aldığı təxminən 6 milyard dolları qaytaracaq" - bəyanatda deyilir.