İran xalqı 25 gündür dünyadan təcrid olunub

İran xalqı  25 gündür dünyadan təcrid olunub  Dünya

İran xalqı 576 saatdır dünyadan təcrid olunub.

News24.az xəbər verir ki, bu barədə "NetBlocks" qlobal internet monitorinq təşkilatı məlumat yayıb.

Bildirilib ki, İranda internet kəsintisi 25 gündür davam edir və əhali artıq 576 saatdan çoxdur dünya ilə təcrid olunub.

Təşkilatın məlumatına görə, ölkədə yalnız “ağ siyahıya salınmış” hesablar fəaliyyət göstərir və bu hesablar vasitəsilə informasiya məkanı İranda hakimiyyət tərəfindən idarə olunur.

"NetBlocks" vurğulayıb ki, bu blokada vətəndaşların müstəqil xəbər və məlumat mənbələrinə çıxışını əhəmiyyətli dərəcədə məhdudlaşdırır və sosial-mədəni fəaliyyətlərə ciddi təsir göstərir.