İran XİN başçısı paylaşımlarına görə impiçmentlə üzləşə bilər

İran XİN başçısı paylaşımlarına görə impiçmentlə üzləşə bilər Dünya

İranın xarici işlər naziri Abbas Araqçi sosial şəbəkələrdəki paylaşımlarına görə impiçmentlə üzləşə bilər.

News24.az xəbər verir ki, bu barədə iranlı deputat Morteza Mahmudi bildirib. O, Araqçini müharibənin çətin dövründə dəfələrlə yersiz açıqlamalar verməkdə ittiham edib.

Mahmudi “X” sosial şəbəkəsində yazdığı paylaşımda qeyd edib ki, əgər müharibə olmasaydı, Araqçi “Twitter”dəki mesajına görə istefaya göndərilərdi. Onun sözlərinə görə, bu, xarici işlər nazirinin kritik məqamlarda qəribə və vaxtsız açıqlamalar verdiyi ilk hal deyil. Deputat əlavə edib ki, bu cür çıxışlar dünya neft və enerji bazarlarına təsir göstərir.