İranda əhaliyə növbəti qadağa - 2 il həbs cəzası

İranda əhaliyə növbəti qadağa - 2 il həbs cəzası Dünya

İranda vətəndaşlara ABŞ və ya İsrail mediasına müsahibə vermək qadağan ediləcək.

News24.az xəbər verir ki, İran parlamenti qanun layihəsini təsdiqləyib

Belə müsahibə verən şəxsləri 6 aydan 2 ilədək həbs cəzası gözləyə bilər.

"Reuters" agentliyinin parlamentin Hüquq və Məhkəmə Komissiyasının üzvü Osman Salariyə istinadən verdiyi məlumata görə, qanun layihəsi düşmən ölkələrin kəşfiyyat orqanlarının təsirinə qarşı mübarizə aparmaq məqsədi daşıyır.

Qanun layihəsi hələ yekun xarakter daşımır. Sənədlə bağlı əlavə müzakirələr aparılacaq. Bundan sonra isə onun Konstitusiyanın Keşikçiləri Şurası tərəfindən təsdiqlənməsi tələb olunur.