İranda 10 nəfəri öldürən şəxs - EDAM EDİLDİ

İranda 10 nəfəri öldürən şəxs - EDAM EDİLDİ Dünya

İranın Kirman vilayətinin Rəfsəncan şəhərində 10 nəfəri öldürməkdə təqsirli bilinən şəxs edam edilib.

News24.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Kirman şəhərinin baş prokuroru İbrahim Həmidi məsələ ilə bağlı məlumat verib.

Həmidi, "2022-ci il avqustun 7-də 6 əfqan və 4 iranlını bıçaqla qətlə yetirən şəxs bu gün Rəfsəncan həbsxanasında edam edilib", - deyə qeyd edib.

İran rəsmisi onu da deyib ki, edam qərarla bağlı hüquqi proses başa çatdıqdan sonra həyata keçirilib.

Məryəm İlhamqızı