İranda 20 yaşlı qadın edam edildi

İranda 20 yaşlı qadın edam edildi Dünya

İranın İlam mərkəzi zindanında biri 20 yaşlı gənc qadın olmaqla iki məhbus dar ağacından asılıb.

News24.az xəbər verir ki, bununla bağlı, İranda İnsan Haqları Təşkilatı xəbər verib.

Məlumata görə, 20 yaşlı Dünya Məhəmmədi və digər məhbus 50 yaşlı Xodadad Məhəmmədi qətldə ittiham olunublar.

Gənc qadın 18 yaşında olarkən nişanlısını zəhərləyərək öldürməkdə təqsirləndirilib.

Bir qrup şəxs Dünya Məhəmmədinin edamının qarşısını almaq və zərərçəkmişin ailəsindən onun bağışlanmasını istəmək üçün həbsxananın qarşısında toplaşıblar.

Ancaq göstərilən səylərə baxmayaraq, edam hökmünün icrası dayandırılmayıb.

Xodadad Məhəmmədi isə kürəkənini qətlə yetirdiyi üçün həbs edildikdən sonra asılıb.